Samuxda 4 nəfər Kür çayının rayon ərazisindən keçən hissəsində köməksiz vəziyyətdə qalıb.
Məlumata görə, həmin şəxslər bir ailənin 4 üzvü Gədəbəy rayon sakinləri, 1990-cı il təvəllüdlü E.Mustafayev, onun həyat yoldaşı 1996-cı il təvəllüdlü B.Quliyeva və onların övladları 2019-cu il təvəllüdü B.Mustafayeva, 2025-ci il təvəllüdlü A.Mustafayevdir.
Məlumata görə, həmin şəxslər qulançar, şomu və odun yığan zaman Kürdə köməksiz vəziyyətdə qalıblar.
Qeyd edək ki, ailə Kür ətrafında maldarlıqla məşğul olur.
Hazırda onların xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır./apa