AZ

“ Sosial media platformalarında istifadəçilərin informasiya istehsalçılarına çevrilməsi dövlətlər qarşısında çağırışlar yaradır”

İstanbulda keçirilən Strateji Kommunikasiya Sammitində müxtəlif ölkələrin dövlət rəsmiləri, dövlət orqanlarının nümayəndələri, media cəmiyyətinin qabaqcıl ekspertləri iştirak edirlər. Hazırda müzakirələr məhz rəqəmsal transformasiya dövründə ictimai rəyin formalaşdırılmasındakı aktorlar ətrafında aparılır.

Müzakirələrdə rəqəmsal mühitdə informasiya mühitinin tamamilə dəyişdiyi və bu səbəblə yeni çağırışların meydana çıxdığı xüsusi vurğulanıb.

Redaktor.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov deyib.

Ə.İsmayılov bildirib ki, günümüzdə sosial media platformalarının istifadəçilərinin həm də informasiya istehsalçılarına çevrilmələri, bir çox məsələlərlə bağlı məzmun yaradıcısı və yayıcısı qismində çıxış etmələri artıq dövlətlər və cəmiyyətlər qarşısında böyük çağırışlar olduğunu göstərir. “Sammitdə bununla bağlı məhz dövlətlərin müvafiq qurumlarının, eyni zamanda media və vətəndaş cəmiyyətlərinin birgə mexanizmlər işləyib-hazırlaması xüsusi qeyd olunur, bu subyektlərlə sosial media platformaları arasında əməkdaşlığın önəmi vurğulanır, fikir mübadilələri aparılır. Düşünürük ki, qarşılıqlı əməkdaşlıq və anlayışla bu işin öhdəsindən effektiv şəkildə gəlmək mümkün olacaq”, - deyə o qeyd edib.

Seçilən
6
2
redaktor.az

3Mənbələr