BAKI, 27 mart. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Avropa ilə münasibətlərinin hazırda böhran mərhələsində olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o bu fikirləri Təhlükəsizlik Şurasının daimi üzvləri ilə keçirilən operativ müşavirədə səsləndirib.
“Məlumdur ki, Rusiyanın Avropa ölkələri ilə münasibətləri böhran vəziyyətindədir”, – deyə Putin Rusiya diplomatiyasının Avropa istiqamətində fəaliyyəti ilə bağlı müşavirəni açarkən bildirib.