Nepalın mərkəzçi Milli Müstəqil Partiyasının lideri Balendra Şah rəsmi olaraq ölkənin baş naziri vəzifəsinin icrasına başlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
“Mən, Balendra Şah, xalq və ölkə adından Konstitusiyaya sadiq qalacağıma və Baş nazir kimi vəzifəmi vicdanla yerinə yetirəcəyimə söz verirəm”, - deyə o, and içərkən bildirib.
Paytaxt Katmandu şəhərinin keçmiş meri, hazırda 35 yaşındadır və Nepalın ən gənc baş naziri olub.
Martın əvvəlində onun partiyası ölkə parlamentindəki 275 yerdən 182-ni qazanıb.
İxtisasca mühəndis olan Şah həm də musiqiçidir və musiqi karyerasına 2010-cu illərdə reper kimi başlayıb.
Aminə ŞAHSUVARQIZI