AZ

Yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək?

Ajans.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı 40 mm qeydə alınır ki, bu da aylıq normanın 170%-ni təşkil edir. Martın 28-i gün ərzində də yağıntının davam edəcəyi, bəzi yerlərdə intensiv xarakterli olacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində gözlənilən güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur.

Martın 29-u gündüz saatlarından yağıntılar tədricən kəsiləcək.

Seçilən
0
27
Ajans.az

10Mənbələr