AZ

Kürdə köməksiz qalan 4 nəfər xilas edildi - FOTO

Samux rayonu ərazisində Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində köməksiz vəziyyətdə qalan 4 nəfər xilas edilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Samux rayon Dövlət Yanğından Mühafizə Hissəsi və Samux rayon İcra Hakimiyyətinin əməkdaşlarının birgə iştiraki ilə onlar Kürün ortasından kənara çıxarılıb.

Hazırda həmin şəxslərin vəziyyətlərinin normal olduğu bildirilir. (APA)

Seçilən
16
3
musavat.com

10Mənbələr