Ajans.az xəbər verir ki,hadisə yolun Qobustan rayonu ərazisindən keçən hissəsində baş verib. Göyçay rayonundan Bakı istiqamətində hərəkətdə olan "Hyundai Sonata" markalı 99-CL-755 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək aşıb. Hadisə nəticəsində avtomobildə olan sərnişin, Göyçay rayon sakini 1959-cu il təvəllüdlü Məznunə Ətraf qızı Xəlilova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Hadisə nəticəsində yolun Şamaxıdan Bakıya gələn istiqamətində sıxlıq yaranıb. Faktla bağlı araşdırma aparılır./oxu.az