Bu gün səhər saatlarında vəfat edən Vətən müharibəsi iştirakçısı, “Azərbaycan” qəzetinin şöbə redaktoru Rəşad Baxşəliyev son mənzilə yola salınıb.
“Yeni Sabah” xəbər verir ki, mərhum Abşeron rayonunun Masazır kənd qəbiristanlığında - anasının məzarı yanında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhumun ailə üzvləri, yaxınları, iş yoldaşları və ictimaiyyət nümayəndələri iştirak edib.
Mərasimdə çıxış edənlər Rəşad Baxşəliyevin həm jurnalist kimi nümunəvi fəaliyyətindən, həm də döyüş meydanındakı şücaətindən söz açaraq, onun işıqlı xatirəsini ehtiramla yad ediblər.
Allah rəhmət eləsin!
Telegram kanalımız