Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Səmədabad kəndi ərazisində baş verib.
Cəbrayıl rayon sakini, 1950-ci il təvəllüdlü Fəryaz Kəlbiyevin idarə etdiyi “Nissan Sunny” markalı minik avtomobili idarəetməni itirərək yoldan çıxıb və aşıb.
Nəticədə 4 nəfər xəsarət alıb. Yaralılar tibbi yardım göstərilməsi üçün rayon mərkəzi xəstəxanasına yerləşdirilib.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta