Qadın voleybolçular arasında Azərbaycan çempionatında pley-off mərhələsi start götürüb. "Rekord.az" xəbər verir ki, bu gün GİN-in voleybol mərkəzində 1/4 final mərhələsi çərçivəsində iki görüş keçirilib. 

İlk olaraq meydana "Murov Az Terminal" və "Turan" klubları çıxıblar. Bu görüşdə Tovuz təmsilçisi çətinlik çəkmədən 3:0 hesabı ilə qalib gəlib.

Günün növbəti qarşılaşmasında "AZERRAIL" və "DH Volley" üz-üzə gəliblər. Bu oyunda da quru hesab qeydə alınıb. 

Bu komandaların cavab matçları aprelin 2-də olacaq.

Qeyd edək ki, 1/4 finalın növbəti qarşılaşmaları sabah keçiriləcək. "Abşeron" klubu "Milli Aviasiya Akademiyası" ilə, "Gəncə" isə UNEC komandası ilə qarşılaşacaq.