AZ

Rəşad Baxşəliyev dəfn olunub

ain.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Jurnalist anasının məzarı yanında torpağa tapşırılıb

Bu gün səhər saatlarında vəfat edən "Azərbaycan" qəzetinin şöbə müdiri, Parlament Jurnalistlər Birliyinin üzvü, qazi jurnalist Rəşad Baxşəliyev dəfn olunub. AYNA.AZ xəbər verir ki, jurnalist Masazır kənd qəbristanlığında anasının məzarı yanında torpağa tapşırılıb.

Qeyd edək ki, R.Baxşəliyev ürək çatışmazlığından dünyasının dəyişib.

Xatırladaq ki, R.Baxşəliyev 1978-ci ildə Mingəçevir şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Uzun illər "Şərq" qəzetində işləyib. Sonra fəaliyyətini rəsmi dövlət mətbuat orqanı olan "Azərbaycan" qəzetində davam etdirib.

Jurnalist 2020-ci ildə Vətən müharibəsi başlayanda zabit olaraq ordu sıralarına qoşulub. Müharibədə döyüşüb, bir necə medalla təltif olunub.

Allah rəhmət eləsin!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
ayna.az

1Mənbələr