AZ

Bəhreyn indiyədək İrana məxsus 154 raketi və 362 PUA-nı zərərsizləşdirib

Qahirə, 27 mart, AZƏRTAC

Bəhreynin hava hücumundan müdafiə sistemləri indiyədək ölkəni hədəf alan İrana məxsus 154 raketi və 362 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu məlumat Bəhreyn Müdafiə Qüvvələrinin Baş Komandanlığının bəyanatında əks olunub.

Bəyanatda, həmçinin qeyd edilib ki, mülki obyektlərin hədəfə alınması beynəlxalq humanitar hüququn və BMT nizamnaməsinin kobud şəkildə pozulmasıdır. Eyni zamanda, bu hərəkətlər regional sülhü və sabitliyi birbaşa təhdid edir.

Komandanlıq vətəndaşları ehtiyatlı olmağa, hücuma məruz qalmış məkanlardan uzaq qalmağa, şübhəli əşyalara toxunmamağa, hərbi əməliyyatlar barədə çəkiliş aparmamağa, yalnız rəsmi mənbələrə etibar etməyə çağırıb.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Seçilən
17
2
azertag.az

10Mənbələr