AZ

Yağış suları həyətə dolur, hərəkət çətinləşir; qurumlardan reaksiya yoxdur VİDEO

Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün yağan aramsız yağış Sumqayıt şəhərinin küçələrində hərəkətdə ciddi problem yaradıb.

Bu barədə Sumqayıt sakini çəkdiyi video ilə Avtosfer.az saytının sosial şəbəkə hesabına şikayət ünvanlayıb. O qeyd edib ki, Sumqayıt şəhəri İsmət Qayıbov küçəsində kanalizasiya xətlərinin tutulması hərəkətdə çətinlik yaradıb. Artan yağış suları bir neçə mikrorayonun mərkəzindən keçən İsmət Qayıbov küçəsindən axıb digər ərazilərdə həyətlərə dolur.

Videonu çəkən sakin bildirib ki, yaranan vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinə və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə şikayət etsə də, hələ də qurumlardan reaksiya yoxdur. Avtomobillərin içinə su dolur, piyadaların küçədə hərəkəti mümkünsüzləşir. Vətəndaş Sumqayıt Şəhər İcra Hakimiyyətinin də yaranmış problemlə heç vaxt maraqlanmadığını, şəhər sakinlərinin problemlərini nəzarətsiz buraxdığını qeyd edib.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
avtosfer.az

1Mənbələr