İranın hərbi strukturları İsrailin paytaxtına yönələn yeni zərbə ilə bağlı açıqlama yayıb.
Musavat.com xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) pilotsuz uçuş aparatları ilə Təl-Əvivdə yerləşən İsrail ordusunun ən böyük nəqliyyat-logistika mərkəzlərindən birinə zərbə endirildiyini bəyan edib.
İran dövlət mediasında yayılan məlumatlara görə, hücumun hədəfi İsrail Müdafiə Ordusunun (SAXAL) əsas təchizat və dəstək bazası olub.
Bildirilir ki, zərbə nəticəsində hərbi-logistik sistemə ciddi ziyan dəyib.
Musavat.com