AZ

İki əsrə yaxın yaşı olan bina qəzalı vəziyyətə düşübVİDEO

Bakıda iki əsrə yaxın yaşı olan yaşayış binası qəzalı vəziyyətə düşüb. Həmin binanın ilk mərtəbəsinin təməli 1858-ci ildə qoyulub, 1910-cu ildə isə növbəti iki mərtəbə tikilib.

Xezerxeber.az-ın məlumatına görə, söhbət paytaxtın Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi 159 ünvanında yerləşən üçmərtəbəli binadan gedir. Sakinlər deyirlər ki, bina illərdir qəzalı vəziyyətdədir.

Onlar iddia edirlər ki, divarlar nəm çəkdiyinə görə mənzilləri təmir etmək də mümkün olmur.

Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, layihə təsdiq olunduqdan sonra, qanunvericiliyə əsasən, xüsusi mülkiyyətdə olan abidələrin bərpası balanssaxlayıcı və yaxud mülkiyyətçi tərəfindən bərpa edilməlidir.

Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən isə binanın taleyilə bağlı müvafiq razılaşdırma işlərinin aparıldığı bildirildi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
29
48
xezerxeber.az

10Mənbələr