Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Dünya üzrə çaylarda şirin su balıqlarının sayı sürətlə azalır. Bu barədə BMT-nin dəstəyi ilə hazırlanmış "Miqrasiya edən şirin su balıqlarının qlobal qiymətləndirilməsi” adlı yeni hesabatda qeyd olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Earth” nəşri yazır.
Hesabatda vurğulanır ki, miqrasiya edən şirin su balıqları ciddi təhlükə altındadır. Onların qorunması üçün ölkələrin çayları ayrı-ayrı milli hissələr kimi deyil, vahid ekosistem kimi idarə etməsi zəruridir.
Ekoloqlar qeyd edir ki, bu problem dar sahəyə aid deyil. Şirin su balıqları çay ekosistemlərinin fəaliyyətində mühüm rol oynayır, qida maddələrinin daşınmasını təmin edir və qida zəncirlərini dəstəkləyir. Bundan əlavə, onlar yüz milyonlarla insanın qidalanmasını təmin edən daxili balıqçılığın əsasını təşkil edir.
Məlumata görə, bu növlərin bir çoxu "yerli” deyil. Onların həyat dövrü minlərlə kilometr uzanan, müxtəlif sərhədləri keçən uzun və fasiləsiz miqrasiya marşrutlarından – kürüləmə, qidalanma və çoxalma sahələri arasındakı əlaqələrdən asılıdır.
Ekoloqların sözlərinə görə, məhz bu xüsusiyyət onları daha həssas edir. Çayların bəndlər, dəyişdirilmiş su axını rejimləri, çirklənmə və həddindən artıq balıq ovu nəticəsində parçalanması bu növlərin yalnız yaşayış mühitini deyil, həm də həyat dövrünü tamamlamaq imkanını məhdudlaşdırır.
Hesabatda bildirilir ki, 1970-ci ildən bəri dünyada miqrasiya edən şirin su balıqlarının populyasiyası təxminən 81% azalıb. Bundan əlavə, BMT-nin Miqrasiya edən növlərin qorunması haqqında Konvensiyasına daxil edilmiş 58 növdən 97%-i yox olma təhlükəsi altındadır.
Sənəddə artıq Konvensiyaya daxil edilmiş 24 növlə yanaşı, daha 325 miqrasiya edən şirin su balığı növünün beynəlxalq mühafizə tədbirləri üçün namizəd olduğu qeyd olunur.
Hesabata əsasən, ən böyük risklər iri çay hövzələrində müşahidə olunur. Bu baxımdan Amazonka və La-Plata-Parana (Cənubi Amerika), Dunay (Avropa), Mekonq (Asiya), Nil (Afrika) və Qanq-Brahmaputra sistemi (Hindistan yarımadası) xüsusi olaraq qeyd edilir.
Aydın
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.