AZ

Gözümüzü açandan qayaya mismar vurublar Stalinin də baş çəkdiyi məkanda arzular çin olur?

ain.az, Baku.ws saytına istinadən bildirir.

Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən qaya parçası illərdir qeyri-adi bir inancın mərkəzinə çevrilib. Yerli əhalinin sözlərinə görə, övlad həsrəti çəkən şəxslər bu qayaya mismar vurduqda arzularının çin olacağına inanırlar.

BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilir.

Novxanı ağsaqqalı Nuhbala Ağayev bu yerin tarixinin çox qədim olduğunu bildirir:

"Biz gözümüzü açandan buranı "Ağdaş piri" kimi tanımışıq. İnsanlar böyük ümidlə bura gəlib nəzir deyər, övlad sahibi olmaq üçün qayaya mismar vurardılar. Qayanın üzərindəki bəzi mismarların 200 ildən çox yaşı var. Hətta rəvayətə görə, vaxtilə İosif Stalin də burada olub".

Məsələyə münasibət bildirən ilahiyyatçı Tural İrfan isə bu növ inancların İslam dininin mahiyyətinə zidd olduğunu vurğulayıb. Onun sözlərinə görə, pirlərin və ya ocaqların insana ruzi və övlad vermək qüdrəti yoxdur:

"İslam dini bu kimi xurafatların əleyhinədir. Övliyaların, seyidlərin məzarlarını tarixi abidə və ya inanc yeri kimi ziyarət etmək, ruhlarına dua etmək olar. Lakin Allahdan başqasından övlad və ya kömək diləmək dini baxımdan müşriklik (Allaha şərik qoşmaq) hesab olunur. Çünki Allah hər şeyə qadirdir və Yaradandan istəmək lazımdır".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
2
baku.ws

3Mənbələr