AZ

Der Spiegel: Netanyahu “o axmağı” tapdı...

İsrail rəhbərliyinin uzun illər axtardığı ABŞ prezidenti məhz Tramp oldu, lakin onun strategiyası suallar doğurur...

Poliqon xəbər verir ki, Almaniyanın Der Spiegel nəşri İsrailin baş nazirlərinin onilliklər ərzində ABŞ-də İrana qarşı müharibə üçün uyğun prezident axtardığını yazıb. Nəşrin iddiasına görə, bu kontekstdə Donald Tramp İsrail rəhbərliyi üçün ən uyğun fiqur kimi qiymətləndirilib.

Məqalədə qeyd olunur ki, ABŞ ordusu öz məlumatlarına əsasən İranın raket və pilotsuz uçuş aparatları istehsal edən mühüm obyektlərinin əhəmiyyətli hissəsini məhv edib. Bununla yanaşı, 10 mindən çox hərbi obyektə zərbələr endirildiyi bildirilir ki, bu da əməliyyatların geniş miqyasını göstərir.

Buna baxmayaraq, Der Spiegel Trampın fəaliyyətini tənqidi prizmadan dəyərləndirir. Nəşr yazır ki, ABŞ hərbi qüvvələrinin qarşısında hədəflər tükənməsə də, Donald Trampın aydın plan və uzunmüddətli strategiyaya malik olub-olmaması sual altındadır.

Analizdə vurğulanır ki, regionda gərginliyin artdığı bir şəraitdə belə qeyri-müəyyən yanaşma həm ABŞ daxilində, həm də beynəlxalq müstəvidə narahatlıq yaradır. Ekspertlər hesab edir ki, strateji baxışın olmaması münaqişənin daha da uzanmasına və gözlənilməz nəticələrə səbəb ola bilər.

Poliqon.info

Seçilən
21
poliqon.info

1Mənbələr