Türkmən qazının Xəzər dənizi üzərindən daşınması ilə bağlı Azərbaycan və Türkmənistan arasında danışıqlar aparılır.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib.
Diplomat deyib ki, bu layihə region üçün mühüm alternativ enerji marşrutu kimi qiymətləndirilir.
Onun sözlərinə görə, Hörmüz boğazının bağlanması ehtimalı ciddi enerji böhranına səbəb ola bilər və bu baxımdan alternativ xətlər xüsusi əhəmiyyət daşıyır.
“Xəzər dənizi üzərindən qaz xətti məsələsi illərdir müzakirə olunur. Əgər Azərbaycan və Türkmənistan razılığa gəlsə, Türkmən qazının Azərbaycan və Türkiyə üzərindən daşınması mümkündür”, – deyə Fidan qeyd edib.
Nazir vurğulayıb ki, mövcud müharibə enerji bağlantılarının və regional inteqrasiyanın nə qədər vacib olduğunu bir daha ortaya qoyur.