AZ

İdxal maşınlarla bağlı qayda dəyişdi

Rusiyada idxal edilən avtomobillərlə bağlı qaydalarda dəyişiklik edilib.

Musavat.com xəbər verir ki, Rusiya Sənaye və Ticarət Nazirliyi fiziki şəxslər tərəfindən ölkəyə gətirilən avtomobillərdə ERA-GLONASS sistemi ilə SOS düyməsinin quraşdırılmasının məcburi tətbiqini təxirə salıb.

Məlumata görə, bu tələbin aprelin 1-dən qüvvəyə minməsi planlaşdırılırdı. Lakin nazirlik qərarın tətbiqini daha gec tarixə keçirib.

Qeyd olunur ki, hüquqi şəxslər tərəfindən idxal olunan avtomobillər üçün SOS düyməsinin quraşdırılması tələbi artıq uzun müddətdir məcburidir.

 

Musavat.com

Seçilən
16
1
musavat.com

2Mənbələr