AZ

Trampın Yaxın Şərq “tələsi”: Müharibə uzun illər DAVAM EDƏ BİLƏR – SENSASİON ŞƏRH

Hazırda Yerusəlimin hakimiyyət dəhlizlərində və ÇAXAL-ın (İsrail Müdafiə Ordusu) Kiriyədəki qərargahında yəhudilərin “sağlam paranoiya” adlandırdığı ehtiyatlı nikbinlik hökm sürür. Donald Tramp administrasiyası Tehrana qarşı “maksimum təzyiq” taktikasına qayıtsa da, pərdəarxasında əsas sual budur: Bu, İran məsələsinin qəti həllinə hazırlıqdır, yoksa vaxt qazanmaq üçün ustalıqla qurulmuş bir imitasiya?

KONKRET.az xəbər verir ki, Vaşinqton hazırda ikitəbəqəli oyun yürüdür. Tramp sosial şəbəkələrdə ayətullahlara hədə-qorxu yağdırdığı bir vaxtda, ABŞ ordusu bölgədəki bazalarında və İran sərhədlərində səssizcə hərbi gücünü artırır. Bir tərəfdən Ağ Ev mollakratiyanı iqtisadi blokada və fiziki məhvlə təhdid edir, digər tərəfdən isə CENTCOM-un məsuliyyət zonasına əlavə Hava Hücumundan Müdafiə sistemləri və aviasiya qrupları yerləşdirilir. Yerusəlim ümid edir ki, amerikalıların qurduğu bu “polad halqa” İsrailə daha qətiyyətli hərəkət etmək imkanı verəcək.

Lakin İsrail elitasını düşündürən ciddi bir qorxu var: 2025-ci ilin iyun presedenti. O zaman Tramp, müttəfiqlərin gözləntilərinin əksinə olaraq, qəfil “tam qələbə” elan edərək missiyanı sona çatdırmadan fəallığı azaltmağa başlamışdı. İsrail kəşfiyyatındakı yüksək rütbəli mənbə “haqqin.az”a bildirib ki, problem Trampın zəifliyində deyil, onun “qələbə” tərifinin İsrailinki ilə üst-üstə düşməməsindədir. İsrail üçün qələbə İranın nüvə infrastrukturunun tam sökülməsidir; Tramp üçün ise bu, sadəcə seçki qabağı əsgərləri evə qaytarmağa imkan verən “əlverişli sövdələşmə” ola bilər.

Bu narahatlıqlar təkcə İsraildə deyil, həm də Ər-Riyad və Əbu-Dabidə səslənir. Körfəz monarxiyaları üçün ən dəhşətli ssenari ABŞ-ın İrana ağrılı, lakin ölümcül olmayan zərbə vurub bölgədən getməsidir. Çünki “yaralı hira” daha təhlükəlidir; əgər rejim sağ qalsa, səhvlərindən nəticə çıxarıb daha aqressiv şəkildə geri dönəcək. ABŞ-ın yaradacağı güc vakuumu isə bölgə ölkələrini qəzəbli Tehranla üz-üzə qoyacaq.

Hazırda status-kvo uzun müddət davam edə bilməz. Tramp vaxt qazanır, lakin əsas sual açıq qalır: Bu vaxt azad dünyanın xeyrinə işləyir, yoxsa Tehranda fırtınanın sakitləşməsini gözləməyə alışmış qüvvələrin?

Natiq Səlim,
KONKRET.az

Seçilən
15
1
konkret.az

2Mənbələr