Braziliya millisinin yarımmüdafiəçisi Kazemiro "Santos"un futbolçusu Neymarın “seleçao”nun heyətinə mümkün qayıdışı barədə fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, o, 33 yaşlı vingerin fanatı olduğunu deyib:
"Mən Neymarın fanatıyam. O, mənim oynadığım dövrdə Kriştiano Ronaldo və Lionel Messi ilə birlikdə üç ən yaxşı oyunçudan biridir. Qərar vermək mənlik deyil. Amma bilirik ki, Neymar fiziki və psixoloji cəhətdən hazırdırsa, dünyanın ən yaxşılarından biridir. Baş məşqçi, məşqçilər korpusu, Neymarın özü və həmçinin "Santos" anlamalıdır ki, o hazırdır, yoxsa yox. Lakin hamımız bilirik ki, Neymarın oyun keyfiyyəti istənilən milli komanda üçün danılmazdır, xüsusilə də o, yaxşı formada olanda”.
Qeyd edək ki, Braziliya yığma komandasının baş məşqçisi Karlo Ançelotti fiziki durumu yaxşı olmadığı üçün Neymarı yoldaşlıq oyunları üçün heyətə daxil etməyib.
saytlarin hazirlanmasi