Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak Energetika Nazirliyinə istehsalçılar üçün 2026-cı il aprelin 1-dən benzin ixracının qadağan edilməsinə dair qərar layihəsi hazırlamağı tapşırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya hökumətinə istinadən məlumat yayıb.
Bu addımın daxili bazarda qiymətlərin sabitləşdirilməsi və yanacaq təminatı məqsədilə atıldığı bildirilir.
Qeyd edək ki, hazırda Rusiyada benzin ixracına qadağa yalnız qeyri-istehsalçılar üçün iyulun sonunadək qüvvədədir. İri neft şirkətlərinin ixracına isə hələlik qadağa tətbiq olunmayıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.