AZ

Tramp Daxili Təhlükəsizlik Nazirliyi əməkdaşlarının maaşlarının ödənilməsi üçün fövqəladə vəziyyət elan edib

ABŞ Prezidenti Donald Tramp Daxili Təhlükəsizlik Nazirliyində yaranmış “shutdown” fonunda qurumun əməkdaşların maaşlarının ödənilməsi üçün fövqəladə vəziyyət elan edib.

APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Tramp bildirib ki, qismən fəaliyyətin dayandırılması nəticəsində Təhlükəsizlik üzrə Nəqliyyat İdarəsinin təxminən 60 min əməkdaşı maaş ala bilmir, 500-ə yaxın əməkdaş isə işdən ayrılıb.

Onun sözlərinə görə, yaranmış vəziyyət milli təhlükəsizlik üçün risk yaradır.

“Prezident kimi qərara gəldim ki, bu vəziyyət milli təhlükəsizliyə təhdid yaradan fövqəladə haldır”, – deyə Tramp qeyd edib.

ABŞ lideri Daxili Təhlükəsizlik nazirinə Ağ Evin Büdcə İdarəsi ilə koordinasiyada Təhlükəsizlik üzrə Nəqliyyat İdarəsinin əməkdaşlarına maaş və sosial ödənişlərin təmin olunması üçün mövcud vəsaitlərdən istifadə etməyi tapşırıb.

Seçilən
16
2
apa.az

3Mənbələr