AZ

“Red Bull” Ferstappenin hərəkətlərindən narazıdır - Bild

Bild qəzetinin verdiyi məlumata görə, “Red Bull” rəhbərliyi cümə axşamı media günü ərzində komandanın qonaq evində mətbuat konfransına başlamaqdan imtina edən 28 yaşlı sürücü və dördqat “Formula-1” çempionu Maks Ferstappenin hərəkətlərindən narazı qalıb.

İdman.Biz xəbər verir ki, Maks Ferstappen “The Guardian”ın jurnalisti gedənə qədər komandanın qonaq evində mətbuat konfransına başlamaqdan imtina edib.

Alman jurnalistlərinin məlumatına görə, “Red Bull”un baş direktoru Loran Mekis cümə səhəri Ferstappeni hadisə ilə bağlı müzakirə üçün çağırıb. Mekis niderlandlı pilotun hekayəsini dinləyib və “Red Bull”un jurnalistləri qapıdan qovan bir komanda olmadığını açıq şəkildə bildirib.

Qeyd olunur ki, bu dialoq Loran üçün imtahan olub, çünki Avstriya komandasının bir çox mexanikləri və mühəndisləri Maksa görə orada işləyir və Mekis münasibətləri gərginləşdirmək istəmir. Müzakirədən sonra məsələ bağlanıb və Ferstappen cərimələrdən və digər sanksiyalardan yayınıb.

İdman.Biz
Seçilən
31
idman.biz

1Mənbələr