“Real”ın hücumçusu Kilian Mbappe portuqaliyalı futbolçu Kriştiano Ronaldoya dair fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrisio Romano futbolçunun dediklərini belə çatdırıb.
“Kriştianu Ronaldo mənim idolumdur. Keçən mövsüm “Real”da çətinlik çəkdiyim zaman ona zəng etdim və o, mənim özünə inamımı bərpa etməyə kömək etdi. Ona çox minnətdaram”
Xatırladaq ki, Ronaldo 2009–2018-ci illərdə “Real”da çıxış edib. 2022-ci ilin sonlarından isə portuqaliyalı ulduz Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda oynayır. Mbappe isə 2024-cü ilin yayında “kremli” komandaya qoşulub.
Cari mövsümdə fransalı hücumçu bütün turnirlərdə 35 oyunda meydana çıxıb, 38 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.