Bakı. Trend:
Bu gün Novruz və Ramazan bayramları ilə əlaqədar istirahətgünlərindən sonra altıgünlük tədris həftəsi ilə işləyən ümumitəhsil müəssisələrində ilk dərs günüdür.
TrendMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadənxəbər verir ki, beşgünlük tədris həftəsi ilə işləyən ümumi təhsilmüəssisələrində isə bayramdan sonra ilk dərs günü 31 mart tarixinətəsadüf edəcək.
Qeyd edək ki, Novruz və Ramazan bayramları ilə əlaqədar martın20-dən ümumi təhsil müəssisələrində tətil başlayıb.
Xatırladaq ki, 20, 21, 22, 23 və 24 mart Novruz bayramı günlərikimi qeyri-iş günü hesab olunur. 21 və 22 mart tarixləri müvafiqolaraq şənbə və bazar gününə təsadüf etdiyindən 25 və 26 marttarixləri də qeyri-iş günü hesab olunur.
Ramazan bayramının 20 və 21 mart tarixlərində Novruz günləri iləüst-üstə düşməsi nəticəsində 27 və 30 mart tarixləri də qeyri-işgünü sayılır.
28 və 29 mart tarixləri də müvafiq olaraq həftənin şənbə vəbazar gününə təsadüf edir.
Nəticədə 25, 26, 27 və 30 mart tarixləri də qeyri-iş günüolacaq.
Beləliklə, 20 martdan 30 martadək (hər iki gün daxil olmaqla)ölkədə ardıcıl 11 gün qeyri-iş günüdür.