Rusiya Baş nazirinin müavini Aleksandr Novak aprelin 1-dən etibarən benzinin ixracına qadağa qoyulması barədə göstəriş verib. Bu barədə Rusiya hökumətinin yazılı açıqlamasında bildirilib.
Vaxt.az “Bloomberg”ə istinadən xəbər verir ki, Novakın neft sektorundakı inkişafları müzakirə etdiyi toplantıda, Yaxın Şərqdəki gərginlik səbəbindən neft və neft məhsullarının qiymətlərində ciddi dalğalanmalar müşahidə olunduğu vurğulanıb. Baş nazir bildirib ki, buna baxmayaraq, xarici bazarlarda Rusiya enerji resurslarına yüksək tələbat davam edir.
Baş nazir müavini ölkədə benzin və dizel ehtiyatlarının kifayət qədər olduğunu və neft emalı zavodlarının tam gücü ilə işlədiyini qeyd edib. O vurğulayıb ki, daxili bazarda sabitliyin qorunması prioritetdir. Bu səbəbdən Rusiya Energetika Nazirliyinə benzinin ixracına qadağa qoyulması üçün qərarnamə layihəsinin hazırlanması göstərişi verilib.
Qeyd edilir ki, Rusiya vaxtaşırı daxili bazarın qorunması məqsədilə müxtəlif yanacaq növlərinin ixracına məhdudiyyətlər tətbiq edir. Ötən il ölkədə təxminən 5 milyon ton benzinin istehsal edildiyi bildirilir.
Xatırladaq ki, martın 25-də Rusiya Prezidenti Vladimir Putin tərəfindən təsdiqlənmiş başqa bir qərarnamə ilə 100 qramdan çox külçə qızılın ölkədən çıxarılması qadağan edilmişdi.