Rusiyadan benzin ixracı aprel ayından etibarən dayandırılacaq. Bu qərar hökumətin iclasında qəbul edilib.
"Unikal" xəbər verir ki, bu barədə "İzvestiya" yazıb.
Baş nazirin müavini Aleksandr Novak Energetika Nazirliyinə 2026-cı il aprelin 1-dən benzin ixracını qadağan edən qərar layihəsi hazırlamağı tapşırıb. Hökumət bunu daxili neft məhsulları bazarındakı vəziyyətlə bağlı məsləhətləşmələrdən sonra açıqlayıb.
Tədbir qiymətləri sabitləşdirmək və daxili bazara yanacaq tədarükünə üstünlük vermək məqsədi daşıyır. Hökumət həmçinin qeyd edib ki, Rusiya prezidentinin qoyduğu vəzifəyə - daxili yanacaq qiymətlərinin proqnozlaşdırılan səviyyədən yuxarı qalxmasının qarşısını almağa xüsusi diqqət yetirilir.
Müzakirələrlə tanış olan mənbənin sözlərinə görə, qadağa ən azı iyulun sonuna qədər davam edə bilər.
Rusiya Baş nazirinin müavini Aleksandr Novak 25 martda Energetika Nazirliyinin iclasında vurğulayıb ki, qlobal enerji böhranı qarşısında müəssisələr və tənzimləyici orqanlar daxili bazara sabit yanacaq tədarükünü təmin etmək və yanacaqdoldurma məntəqələrində yanacaq qiymətlərini qorumaq üçün "ümkün qədər tez tədbirlər görməlidirlər.
Ağarza Elçinoğlu