İspaniya çempionu "Barselona"nın braziliyalı hücumçusu Rafinya Braziliya və Fransa arasında keçirilən yoldaşlıq oyununda (1:2) sağ bud əzələsindən zədə alıb.
"Unikal" xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.
Rafinya lazımi müalicəni almaq üçün Barselonaya qayıdıb. Onun təxmini sağalma müddəti 5 həftədir.
Rafinya bu mövsüm "Barselona"da 31 oyunda meydana çıxıb, 19 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun "Barselona" ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədərdir.
"Transfermarkt" Rafinyanın transfer dəyərini 80 milyon avro olaraq qiymətləndirir.
Ağarza Elçinoğlu