AZ

AEBA: İranın Xondab zavoduna hücumdan sonra radiasiya yayılma riski yoxdur

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) İranın Xondab şəhərindəki ağır su istehsalı zavoduna edilən hücumlardan sonra radiasiya yayılma riskinin olmadığını bildirib.

"Report"un məlumatına görə, AEBA bu ​​barədə "X" sosial şəbəkəsindəki açıqlamada bildirib.

"Obyektdə nüvə materialı olmadığı üçün heç bir radiasiya təhlükəsi aşkar edilməyib", - bəyanatda qeyd olunur.

Agentlik obyektə hücumla bağlı məlumatın İran tərəfindən verildiyini dəqiqləşdirib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Seçilən
49
3
far.az

4Mənbələr