AZ

Turistlərin ən çox oğurluq halları ilə üzləşdiyi şəhərlər açıqlanıb

Bakı. Trend:

Qlobal səviyyədə aparılan və 13 min rəyin təhlilinə əsaslananaraşdırmaya görə, turistlərə qarşı ən çox oğurluq hadisələrininqeydə alındığı şəhərlər siyahısında Paris, Roma və Barselona ilküçlükdə yer alır.

Trend xəbər verir ki, buməlumatlar İspaniyada fəaliyyət göstərən “El Caso” nəşri tərəfindəntəqdim edilib.

Reytinqə əsasən, 16,5% göstərici ilə Fransanın paytaxtı Parisbirinci pillədə qərarlaşıb. İtaliyanın paytaxtı Roma istifadəçirəylərinə görə 10,7% göstərici ilə ikinci, İspaniyanın Barselonaşəhəri isə 5,3% ilə üçüncü yerdədir.

Məqalədə qeyd olunur ki, Barselona turistlərin qarət olunmasıbaxımından qlobal mərkəzlərdən biri kimi mövqeyini getdikcəmöhkəmləndirir.

Araşdırma çərçivəsində 2024-cü ilin oktyabrından 2025-ci ilinnoyabrına qədər yazılmış rəylər analiz edilib. Təhlil zamanısəyahətçilərin şərhlərində yer alan “cibgirlik”, “oğurluq” və“fırıldaqçılıq” kimi açar ifadələrə xüsusi diqqət yetirilib.

Seçilən
90
2
az.trend.az

3Mənbələr