AZ

Tehranda kazarmalar vuruldu

Ötən gecə İsrail-ABŞ tərəfindən İranda bir neçə mühüm obyektə zərbələr endirilib.

Musavat.com xəbər verir ki, Tehranda yerləşən İranın aparıcı texniki universiteti - İran Elm və Texnologiya Universiteti havadan hücuma məruz qalıb.

Eyni zamanda Tehranda yerləşən bir neçə İran dəniz obyekti də hücumların hədəfi olub. Gecə saatlarında Kərəcin şimal ətrafında demək olar ki, eyni vaxtda ən azı beş güclü partlayış baş verib.

İran paytaxtının şimalındakı hərbi kazarma binalarının İsrail və ABŞ hava hücumlarına məruz qaldığı bildirilir. Mənbələrə görə, Dərbənd rayonu hədəfə alınıb.

Fars agentliyinin yaydığı məlumata görə, Zəncan şəhərində yaşayış binasına endirilən zərbə 5 nəfərin ölümü ilə nəticələnib.

Musavat.com

 

Seçilən
43
45
musavat.com

10Mənbələr