AZ

Neftin qiyməti 105 dollar həddini keçdi

Dünya bazarlarında neft qiymətlərində artım davam edir. "Brent crude oil" markalı neftin dəyəri 105 ABŞ dollarını ötərək yeni həddə yüksəlib.

BAKU.WS-in məlumatına görə, Londonda fəaliyyət göstərən "ICE London birjası"nda aparılan ticarət əməliyyatları zamanı 2026-cı ilin iyun ayı üzrə müqavilələrin qiyməti 3,37% artaraq bir barel üçün 105,32 dollar olub.

Eyni zamanda, ABŞ bazarında da artım müşahidə edilib. Nyu-Yorkdakı NYMEX əmtəə birjasında WTI crude oil markalı neftin 2026-cı ilin may ayı üzrə müqavilələrinin qiyməti 5,46% yüksələrək 99,64 dollar təşkil edib.

Seçilən
11
far.az

1Mənbələr