AZ

Azərbaycan təhlükəsizlik orqanları 107

Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü tamam olur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də “Kəşfiyyat və əks-kəşfiyyat bölməsi”nin yaradılmasından götürür.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Sərəncamına əsasən, hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.

Publika.az Azərbaycan təhlükəsizlik orqanlarının yaranma tarixinə və keçdiyi yola qısaca nəzər salır.

1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun əmri ilə Hərbi Nazirliyin Baş Qərargahı nəzdində “Kəşfiyyat və əks-kəşfiyyat bölməsi” yaradılıb. Qurumun ilk rəhbəri Məmmədbağır Şeyxzamanlı, sonra isə onun qardaşı Nağı Şeyxzamanlı olub.

Sovet dövründə qurum əvvəlcə Fövqəladə Komissiya (ÇK), sonra Dövlət Siyasi İdarəsi adlanıb, bir müddət Daxili İşlər Xalq Komissarlığının (NKVD) tərkibində fəaliyyət göstərib, daha sonra Dövlət Təhlükəsizlik Komitəsi təşkil olunub. Yetmiş illik sovet hakimiyyəti dövründə respublikamızda fəaliyyət göstərən dövlət təhlükəsizliyi orqanının vəzifəsi əsasən mövcud quruluşu qorumaq, sovet ideologiyasına zidd düşüncə tərzinin yayılmasının qarşısını almaq olub.

Seçilən
3
11
publika.az

10Mənbələr