AZ

“Barselona” braziliyalı oyunçunun vacib oyunları buraxacağını açıqladı

“Barselona” braziliyalı vingeri Rafinya Diasın zədəsinin xarakterini açıqlayıb.

Publika.az xəbər verir ki, martın 26-da Braziliya milli komandası ilə Fransa milli komandası arasında keçirilən yoldaşlıq oyununda (1:2) futbolçu sağ ayağının arxa bud vətərindən (hamstring) zədə alıb.

Klubun açıqlamasında bildirilir: “Rafinya müalicəyə başlamaq üçün Barselonaya qayıdır. Təxmini bərpa müddəti beş həftədir”.

Beləliklə, braziliyalı futbolçu “Atletiko”ya qarşı Çempionlar Liqasının 1/4 final mərhələsinin vacib oyunlarını buraxacaq.

Seçilən
3
6
publika.az

7Mənbələr