AZ

Ölkədə 43 cinayətin üstü açılıb

Ölkədə
Martın 27-də ölkə ərazisində qeydə alınan və əvvəlki dövrlərdən bağlı qalan cinayətlərin bir hissəsinin açılması təmin edilib. DİN-in Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən gün ərzində qeydə alınan 30, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin üstü açılıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Həmçinin narkotiklərlə əlaqəli 12 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 31 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Seçilən
17
25
1news.az

10Mənbələr