AZ

Hindistan və Rusiyanı nə yaxınlaşdırır?

Yaxın Şərqdə müharibə Hindistanı yenidən Rusiyaya yaxınlaşdırır.

“Cebheinfo.az” “Reuters”-ə istinadən xəbər verir ki, Dehli və Moskva Ukraynadakı müharibədən bəri ilk dəfə olaraq Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) birbaşa satışlarının bərpasına hazırlıq barədə razılığa gəliblər. 

Əgər Hindistan Qərbin sanksiyalarını pozub bu razılaşmanı davam etdirmək qərarına gələrsə, danışıqlar qısa zaman ərzində başa çata bilər.

Qeyd edək ki, Rusiya və Hindistan arasında enerji sektorunda yaxınlaşma Yaxın Şərqdəki müharibə və qlobal bazarda neft-qaz qiymətlərinin artması fonunda baş verir. 

Rusiya energetika nazirinin müavini Pavel Sorokin və Hindistanın neft və təbii qaz naziri Hardip Sinqh Puri arasında 19 martda Dehlidə keçirilən görüşdə LNG razılaşması üzrə danışıqlar aparmaq üçün razılaşma əldə edilib.

Rəsmilər, həmçinin Hindistana xam neft satışını daha da artırmaq barədə razılığa gəliblər ki, bu da təxminən bir ay ərzində yanvar səviyyəsindən ikiqat artaraq Hindistanın ümumi idxalının ən azı 40 %-nə çata bilər.

Hindistan ayrıca olaraq enerji idxalçılarına Rusiya LNG alışını bərpa etməyə hazırlaşmaq tapşırığı verib. Dehli artıq Vaşinqtona sanksiyalar siyahısından çıxarılması üçün müraciət edib.

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr