AZ

Yaxın Şərq gərginliyi fonunda Azərbaycan nefti maksimum səviyyəyə yüksəlib

Sia Az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,99 ABŞ dolları və ya 2,5 % artaraq 124,24 ABŞ dolları təşkil edib.

Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib.

Son bir ay ərzində, Yaxın Şərq bölgəsində silahlı münaqişənin başlanmasından bu yana, Azərbaycan neftinin dəyəri 70,8 % (51,5 dollar) yüksəlişlə öz maksimum səviyyəsinə çatıb.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 120,51 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,03 ABŞ dolları və ya 2,6 % artaraq 117,44 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
39
sia.az

10Mənbələr