AZ

Azərbaycanda meyvə şirəsi istehsalı 15 faizdən çox azalıb

ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 589,1 min dekalitr meyvə şirəsi istehsal edilib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 15,2 % azdır.

Bundan başqa, hesabat dövründə Azərbaycanda 23 min 410,8 ton meyvə-tərəvəz konservləri istehsal edilib ki, bu, bir il öncəki göstəriciyə nisbətən 15,2 % azdır.

Bu il martın 1-nə ölkədə 797,9 min dekalitr meyvə şirəsi ehtiyatı, 18 min 247,8 ton isə meyvə-tərəvəz konservləri ehtiyatı yaranıb. Bu da, illik müqayisədə müvafiq olaraq 11,6 % və 9,3 % azdır.

Hesabat dövründə Azərbaycanda 937,7 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 11,4 % çoxdur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
6
525.az

8Mənbələr