AZ

FHN: 42 vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib

Bakı, 28 mart, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri davam etdirilir.

Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görülmüş tədbirlər nəticəsində Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu ərazisində 8-i azyaşlı olmaqla ümumilikdə 42 vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

Hazırda FHN-in qüvvələri tərəfindən köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

 

Seçilən
22
40
azertag.az

10Mənbələr