AZ

Ərdoğanın Təhlükəsizlik Şurasının üzvü: Azərbaycan və Türkiyə liderlərinin yaxın əlaqəsi regionda risklərin qarşısını alır

“Azərbaycan və Türkiyə liderlərinin yaxın əlaqəsi regionda risklərin qarşısını alır”

Bu fikirləri APA-nın Türkiyə bürosuna müsahibəsində Türkiyə Prezidentinin Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, professor Mehmet Akif Kireçci səsləndirib.

Onun sözlərinə görə ABŞ İran İsail müharibəsi Türkiyə və Azərbaycana təsir edəcək gücdədir. Və Türkiyənin hazırda qarşısında duran əsas prioritet sulhün əldə olunmasıdır.
Mehmet Akif Kireççi qeyd edib ki, ani hadisələr zamanı iki ölkə prezidentlərinin birbaşa ünsiyyətinin böhranların qarşısını alır:

“İki ölkə arasındakı dostluq və qardaşlıq bölgədə mühüm balans yaradır. Bunu xüsusilə vurğulamaq lazımdır. İki lider arasında rəsmi prosedurlardan kənar, birbaşa və yaxın əlaqələrin olması bir çox risklərin qarşısını alır. Ani hadisələr zamanı sürətli ünsiyyət və qarşılıqlı etibar mexanizmi ölkələri böhranlara baxmayaraq bir-birinə daha da yaxınlaşdırır”- deyə o qeyd edib.

Seçilən
12
2
apa.az

6Mənbələr