AZ

Şəkidə cücə sexi YANDI – VİDEO

Şəki rayonunda cücə sexində baş verən yanğın nəticəsində xeyli sayda ev quşu tələf olub .

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yanğın hadisəsi rayonun Cəfərabad kənd sakini Ələsgər Tanrıveriyevə məxsus həyətyanı sahədə yerləşən, ümumi sahəsi 660 kvadratmetr olan cücə sexində qeydə alınıb.
 

Yanğın nəticəsində sexin 460 kvadratmetrlik hissəsinin yanar konstruksiyaları və içərisindəki plastik yem qabları yanıb. Bildirilib ki, sexdə olan və sayı dəqiqləşdirilməyən iki aylıq ev quşları yanaraq tələf olub.


Sexin qalan hissəsi, yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Eləcə də quşların bir qismi xilas edilib. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

Seçilən
4
2
bizim.media

3Mənbələr