Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) və onun tabeli qurumları, xüsusilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti intensiv yağışlarla əlaqədar gücləndirilmiş iş rejimində çalışır.
Bu barədə Redaktor.az-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.
Qeyd olunub ki, hazırda Arif Heydərov küçəsi ilə Mayakovskiy küçələrinin kəsişməsindəki ərazi yağış sularından təmizlənir.
Bundan başqa Dərnəgül şossesi, "Eurohome"un qarşısı da yağış sularından təmizlənir.







