AZ

İranın vurduğu ABŞ bazasında yaralanan hərbçilərin sayı daha da artdı - YENİLƏNİB

İranın Səudiyyə Ərəbistanında Şahzadə Sultan Aviabazasına hücumunda 29 ABŞ hərbçisi xəsarət alıb.

Redaktor.az xarici mənbələrə istinadən xəbər verir ki, həmin bazaya həftə ərzində iki dəfə hücum edilib və ümumilikdə, yaralanan hərbçilərin sayı 29 nəfərdir.

Baza 6 ədəd ballistik raket və 29 dronla vurulub.

***

İranın Səudiyyə Ərəbistanında Şahzadə Sultan adına aviabazaya zərbə endirməsi nəticəsində 12 amerikalı hərbçi yaralanıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” agentliyi yayıb. 

Yaralılardan ikisinin vəziyyəti ağırdır. 

Məlumata görə, ümumilikdə ABŞ və İsrailin fevralın 28-də İrana qarşı əməliyyata başlamasından bu yana 300-dən çox amerikalı hərbçi yaralanıb, 13-ü həlak olub.

Seçilən
2
2
redaktor.az

3Mənbələr