AZ

Türkiyə istehsalı döyüş sursatı Gürcüstanın Xüsusi Əməliyyatlar Komandanlığına təhvil verilib

Türkiyə tərəfindən istehsal olunmuş döyüş sursatı Gürcüstan Müdafiə Nazirliyinin Xüsusi Əməliyyatlar Komandanlığına təhvil verilib.

“Poliqon” Gürcüstan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu münasibətlə Vaşlijvaridə Xüsusi Əməliyyatlar Komandanlığının bazasında təhvil-təslim mərasimi keçirilib.

Mərasimdə Gürcüstan Ordusunun general-mayoru Zaza Çxaidze və Türkiyənin Gürcüstandakı səfiri Ali Kaan Orbay iştirak ediblər. Tədbir çərçivəsində müvafiq akt imzalanıb. Bu sənədə Xüsusi Əməliyyatlar Komandanlığının komandanı polkovnik Teimuraz Qlatayeşvili və Türkiyənin hərbi attaşesi polkovnik İlhan Oktendurali imza atıblar.

İmza mərasimindən sonra Türkiyə heyəti bazanın ərazisində yerləşən atış poliqonuna gedərək nümayiş atışını izləyiblər.

Qeyd edək ki, 2025-ci ildə də Türkiyə tərəfi Gürcüstan Müdafiə Nazirliyinin Xüsusi Əməliyyatlar Komandanlığına hücum tüfənglər təhvil verib.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

003

006

002

004

010

008

001

Seçilən
20
poliqon.az

1Mənbələr