AZ

Qızıl bu il nə qədər bahalaşacaq?– YENİ PROQNOZ

Qızıl ənənəvi olaraq investorlar üçün təhlükəsiz sığınacaq kimi tanınır. Fond bazarı, dəyişkən olduqda, yəni qiymətli kağızların qiyməti tez-tez dəyişdikdə və inflyasiya artdıqda, investorlar qızıl və gümüş kimi qiymətli metallara üz tuturlar.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2025-ci ildə başlayan tarif müharibələri, birjalardakı dalğalanmalar və dünya iqtisadiyyatında baş verən qeyri-müəyyənliklər nəticəsində qızıl əvvəlkindən daha populyardır. Təkcə ötən il qızılın qiyməti 64% artıb. 2026-cı ildə isə İrandakı müharibənin neft qiymətlərinə və fond bazarına təsir etməsi, eləcə də Avropa və Cənubi Amerikada davam edən problemlər qızılın qiymətinə təsir edib.

Nəticədə yanvar ayında qızıl son 1 ildə təqribən 2 dəfə artaraq 5327 dollara yüksəlib.

Sonradan qızılın qiymətində enmələr başlayıb və hazırda 1 unsiya qızıl 4494 dollardır. Amma bu azalmadan sonra da qızılın qiyməti bir il əvəllə müqayisədə 45% artıqdır.

Bəs bundan sonra qızılın qiyməti necə dəyişəcək?

Bəzi analitiklər geosiyasi gərginlik və fond bazarındakı dəyişkənlik səbəbindən qiymətin daha da arta biləcəyini düşünürlər. Ekspertlər hesab edirlər ki, qızılın qiyməti 2026-cı ildə unsiyası 6000 dollara çata bilər.

Qızılın qiyməti bir neçə amildən asılıdır, o cümlədən:

İnflyasiya

İnflyasiya – yəni mal və xidmətlərin qiymətlərindəki dəyişiklik, qızıl qiymətlərinin ən əhəmiyyətli hərəkətverici qüvvələrindən biridir. İnflyasiya dərəcələri yüksək olduqda, dollar əvvəlki qədər artmır, buna görə də alıcılıq qabiliyyəti azalır. Nəticədə, investorlar qızılın təklifi məhdud olduğundan pullu ona yatırırlar. Qızıl qiymətləri yüksək inflyasiya dövrlərində artmağa meyllidir.

Məsələn, 2019-cu ildə ABŞ-da inflyasiya səviyyəsi 2%-dən aşağı, qızılın qiyməti isə təxminən 1 393 dollar idi. 2022-ci ildə inflyasiya sürətlə artaraq 9%-i keçib, həmin il qızılın da qiyməti artaraq 1 unsiya üçün 1 801 dollara çatıb ki, bu da təxminən 29% artım deməkdir.

Qeyri-sabitlik

Geosiyasi məsələlər qızıl qiymətlərinə təsir göstərir. Müharibələr, daha yüksək tariflər və ya ticarət mübahisələri kimi hadisələr qızıl qiymətlərində kəskin artımlara səbəb ola bilər. Qlobal iqtisadiyyat qeyri-müəyyən olduqda, investorlar maliyyə təhlükəsizliyinin bir forması kimi qızıla müraciət edirlər.

İqtisadi qeyri-müəyyənlik

Tənəzzüllər, fond bazarındakı dalğalanmalar və daha yüksək işsizlik göstəriciləri də investorları ənənəvi investisiya alətlərindən soyuda bilər. Belə hallarda investorlar tez-tez alternativ investisiya kimi qızıla müraciət edirlər, çünki o, adətən dəyərini qoruyub saxlayır.

Qızılın qiymətinin dəqiq necə olacağını proqnozlaşdırmaq mümkün olmasa da, ümumi proqnozlar artım göstərir. Hələlik qızılla bağlı ən çox yayılan proqnozlar aşağıdakılardır:

1. Qızıl 2026-cı ildə unsiyası 6000 dolları keçəcək

Əvvəllər qızılın 6000 dollara çatması qeyri-real görünürdü. Lakin mərkəzi bankların alışının artması və qlobal gərginlik səbəbindən JPMorgan qızılın 2026-cı ildə unsiyası üçün 6300 dollara çatacağını proqnozlaşdırır.

2. Qızıl külçələr daha populyar olacaq

Qızıla yatırım edənlər nisbətən azdır. Məsələn ABŞ-da əhalinin yalnız 10,8%-nin qızılda yatırımı var. Bu, səhmlərə investisiya qoyanlardan dəfələrlə azdır. Belə ki 2025-ci ildə keçirilən Gallup sorğusu göstərib ki, amerikalıların 62%-nin səhmlərdə yatırımı var.

İqtisadi qeyri-müəyyənliyi və narahatlıqların artması ilə pərakəndə investorlar külçələr və sikkələr kimi fiziki qızıla daha çox maraq göstərəcəklər. Yaxın Şərqdə gərginlik artdıqca və şirkətlər fiziki qızılı onlayn və ya şəxsən mağazalardan almağı asanlaşdırdıqca, daha çox insan qızıl sikkələrə və külçələrə sahib olacaq.

3. Qiymətlər daha dəyişkən ola bilər

Tarixən qızılın qiymətləri sabit olub və ya hətta davamlı olaraq artıb. Lakin son iqtisadi dəyişikliklər və geosiyasi gərginliklər onun qiymətini daha da dəyişkən edib.

Misal üçün, 2026-cı ilin yanvar ayının sonunda qızılın qiyməti 5419 dollar idi. Lakin onun qiyməti sürətlə aşağı düşərək 2 fevralda 4660 dollara çatdı ki, bu da cəmi üç gün ərzində 14% azalma deməkdir.

Qızıla necə yatırım etmək olar?

Qızıla yatırım etmək üsulları fərqlidir. Məsələn, qızıl külçələr – adətən bunlar 999 əyarlı kiçik qızıl kərpiclər olur. Ona alıb evdə və ya bankda seyfdə saxlamaq mümkündür. Üstün cəhəti odur ki, zinət əşyası olmadığına görə, satanda qiymətdə itirmək yoxdur. Amma külçələrin problemi oğurluq riskidir. Belə risk yoxdursa, rahatca almiaq olar.

Qızıla digər yatırım birja vasitəsilədir. Burada qızıl ticarət fondlarına -ETF-lərə və ya qızıl şirkətlərinin səhmlərinə yatırım etmək olar. Burada ümumiyyətlə nə oğurluq, nə də satış problemi yoxdur, yatırımı anındaca satıb yatırımı götürmək olar.

2030-cu ilə qədər qızıl neçə dollara yüksələ bilər?

Ekspertlər qızılın qiymətinin 2030-cu ilə qədər 7 000 dollardan 10 000 dollara qədər çata biləcəyini düşünürlər.

Qızıl 10 000 dollara çatacaqmı?

Hipotetik olaraq qızılın qiyməti növbəti onillikdə 10 000 dollara çata bilər (unsiya üçün). Amma nəzərə alsaq ki, indi qiymətlər 5000 dollardan da aşağıdır, 10 min dollara yüksəlməsi üçün ciddi səbəb, yəni məsələn iqtisadiyyatda böyük dəyişikliklər olmalıdır. Məsələn, iqtisadi qeyri-müəyyənlik və valyuta devalvasiyaları qızılın qiymətinin daha da yüksəlməsinə kömək edə bilər.

10 il əvvəl qızıla 1000 dollar yatırılsaydı, indi nə qədər olardı?

2016-cı ildə 1000 dollara təxminən 0,8 unsiya qızıl almaq olardı. Bu gün isə həmin qədər qızılın dəyəri 2 020 dollar olacaq ki, bu da ilkin investisiyadan iki dəfədən də artıqdır.

AzPost.az

Seçilən
12
1
azpost.info

2Mənbələr