Azərbaycanda güclü yağışlar sürüşmə zonalarını aktivləşdirib? - RƏSMİ AÇIQLAMA
Son günlər ölkə ərazisində müşahidə olunan intensiv yağıntılar fonunda sürüşmə riski ilə bağlı vəziyyət açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Aia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, respublikanın sürüşmə ərazilərində aparılan müşahidə və monitorinqlər zamanı proseslərin dinamikasında hər hansı dəyişiklik qeydə alınmayıb.
Məlumatda vurğulanıb ki, mövcud sürüşmə sahələrində ciddi aktivləşmə müşahidə olunmur:
Geoloji Kəşfiyyat Agentliyi İdarə Heyətinin sədri Əli Əliyev də qeyd edib ki, son günlər yeni sürüşmə zonaları da qeydə alınmayıb.