AZ

Sabah hava necə olacaq?

Bakı. Trend:

Martın 29-da Bakıda və Abşeron yarımadasında arabir yağışyağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Trend xəbərverir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən,yarımadanın ayrı-ayrı yerlərində yağan güclü yağıntılarla əlaqədarbəzi ərazilərdə subasma hallarının davam edəcəyi istisnaolunmur.

Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəziyerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyiilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-17° isti olacaq.Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunu, nisbi rütubətisə gecə 90-95 %, gündüz 60-70 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılıolacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrıyerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalıvar. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərbküləyi əsəcək.

Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20° isti,dağlarda gecə 3-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək istiolacaq.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlamaehtimalı var.

Məqalədə:
Seçilən
91
49
az.trend.az

10Mənbələr