AZ

"Liverpul" Arne Slotla bağlı qərarını qətiləşdirdi - SON DURUM

"Liverpul"un baş məşqçisi Arne Slot gələn mövsüm də komanda ilə işləməyə davam edəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.

Mənbənin məlumatına görə, klub mütəxəssisin hazırkı qeyri-qənaətbəxş nəticələrinə baxmayaraq, ona etibar edir və başqa bir mütəxəssis təyin etmək imkanını nəzərdən keçirmir.

Mersisaydlılar yüksək nəticələr uğrunda mübarizə aparmaq üçün heyəti gücləndirməyi planlaşdırır. Niderlandlı çalışdırıcının transfer prosesində fəal iştirak edəcəyi gözlənilir.

Slot 2024-cü ildə "Liverpul"u idarə etməyə başlayıb. Komanda ötən mövsüm İngiltərə Premyer Liqasının qalibi titulunu qazanıb. Cari Premyer Liqa mövsümündə isə mersisaydlılar 31 oyundan sonra turnir cədvəlində beşinci yerdədir.

Seçilən
22
fanat.az

1Mənbələr